Zeynal Məmmədli: ""Freedom House"-un hesabatı reallığı əks etdirir" (EKSKLÜZİV AÇIQLAMA)

Bütün Xəbərlər
12:39 03.05.2011
2391

 

O bildirib ki, bu siyahıda Azərbaycana verilən qiymət obyektivdir: “Mətbuat azadlığının vəziyyətinə dair siyahıda bizim bir az öndə olmağı iddia etməyə üzümüz yoxdu. Çox təəssüflənirəm ki, bütövlükdə dünyada 2010-cu il söz və mətbuat azadlığı baxımından uğursuz il oldu. Dünyanın bir çox ölkələrində irəliləmə əvəzinə geriləmə baş verdi. Post Sovet məkanında nisbətən media azadlığı ilə öyünən Ukraynada belə geriləmə müşahidə olundu. Bütün ölkələrdə geriləmə varsa təbii ki, 1998-ci ildən bu yana pilləkəni aşağı düşməklə məşğul olan Azərbaycanda da geriləmə olacaq”. 

Zeynal Məmmədlinin sözlərinə görə, hesabatda göstərilən rəqəmlər reallığı əks etdirir: “ Mən siyahıdakı o yeri çox uyğun sayıram. Yəni, Azərbaycandakı söz və mətbuat azadlığının səviyyəsinə verilən bu qiyməti obyektiv hesab edirəm. Azərbaycanda mətbuatın bu günki durumunu, reklam bazarının və print mediada plüralizmin olmamasını görürük. Ona görə bu rəqəmlər reallığı əks etdirir”.

 

OXŞAR XƏBƏRLƏR