Zeynal Məmmədli "Freedom House"ni qərəzli adlandıranlara cavab verdi (EKSKLÜZİV)

Zeynal Məmmədli "Freedom House"ni qərəzli adlandıranlara cavab verdi (EKSKLÜZİV)
Bütün Xəbərlər
18:16 03.05.2011
1491

AZXEBER.COM-un məlumatına görə, təşkilatın hesabatı birmənalı qarşılanmayıb. KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli təşkilatı qərəzli adlandırıb: “«Fredoom House» təşkilatı həmişə Azərbaycan haqqında neqativ məlumatlar yayır. Mətbuat azadlığına görə, son reytinq cədvəlində Azərbaycanın son sıralarda yerləşdirilməsi qərəzlidir»”.

AZXEBER.COM portalı mövzuyla bağlı Media eksperti Zeynal Məmmədlinin də fikirlərini öyrənib. Məmmədli açıqlamasında “Freedom House”un hesabatının qeyri-obyektiv və qərəzli adlandırılmasına münasibət bildirib: “Mediadakı həmkarlarım diqqətli danışmalıdırlar. Bizdə beynəlxalq təşkilatlara yuxarıdan aşağı baxmaq adəti var. Bu çox pis adətdir və vərdişə çevrilir. Təşkilatı qərəzli adlandıranlar görmürlərmi ki, Azərbaycan print mediasında vəziyyət necədir? Görmürlərmi mediada elementar siyasi plüralizm izləri yoxdur? İndi Azərbaycanda plüralizm səviyyəsi Qorboçov dönəmində yenidənqurma dövründəki plüralizmdən də çox aşağı səviyyədədir. Azərbaycan mediasında vəziyyət ildən ilə pisləşir. Bunu nəzərə alaraq öyünməyə və başqa təşkilatı günahlandırmağa ehtiyac yoxdur”.

Aysel FƏRZİYEVA

OXŞAR XƏBƏRLƏR