Zeynal Məmmədli "Azadlıq radiosu"nun baş redaktoru oldu

Zeynal Məmmədli "Azadlıq radiosu"nun baş redaktoru oldu
MEDİA
17:34 18.07.2014
1820
“Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri Babək Bəkir işindən uzaqlaşdırılıb. 
Babək Bəkiri bu vəzifədə artıq tanınmış jurnalist Zeynal Məmmədli əvəz edib. 
Məsələ ilə bağlı Teleqraf.com Z.Məmmədli ilə əlaqə saxlayıb. O bildirib ki, hazırda “Azadlıq” radiosunda baş redaktor vəzifəsində işləyir. Xatırladaq ki, radionun saytında Bakı ofisinin koordinatoru kimi, Babək Bəkirin adı göstərilir. 
Zeynal Məmmədlinin də məhz bu vəzifəyə təyin olduğu bildirilir. O da bildirilir ki, Babək Bəkir faktiki olaraq səlahiyyətlərinin icrasından bir neçə ay əvvəl kənarlaşdırılıb. Azadlıq radiosunun saytında struktur haqqında məlumat verilmədiyindən, həm baş redaktor, həm də koordinator vəzifəsinin mövcud olması aylardır ofisdə çoxtirəlik olduğuna güman yaradır. Z.Məmmədli Azadlıq radiosunun Bakı ofisinin koordinatoru təyin olunub-olunmaması ilə bağlı bir fikir bildirmək istəmədiyini deyib: “Bu məsələyə ayın axırında aydınlıq gətiriləcək. İndidən nə isə demək doğru deyil”. 
Qeyd edək ki, Zeynal Məmmədli 1953-cü il may ayının 5-də Qərbi Azərbaycanın Güllübulaq kəndində dünyaya göz açıb. Uşaq yaşlarından Bakıda yaşayır. 1970-ci ildə orta məktəbi bitirib. 1970-1976-cı illərdə BDU-da və MDU-da jurnalistika təhsili alıb. 1976-1981-ci illərdə Azərbaycan (SSR) Dövlət Teleradio Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində çalışıb.1981-ci ildən (31 ildir) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli BDU-dan öz ərizəsi ilə işdən azad olunub. 1992-2008-ci illərdə “Azadlıq”, “PressFakt” və digər qəzetlərdə məsləhətçi-redaktor, “İnternyus” təşkilatında prodüser, Niderland Jurnalistika Kurslarında təlimçi-müəllim vəzifələrində çalışıb. 1981-ci ildən TV və radio jurnalistikası kafedrasında çalışır.1986-cı ildən TV və radio jurnalistikası kafedrasınin baş müəllimidir. “MassMediada yaradıcı menecment” sahəsində tədqiqat aparır. “Qızıl qələm”, “Həsən bəy Zərdabi” və eləcə də ayrı-ayrı xarici təşkilatların jurnalist mükafatlarına layiq görülüb. - See more at: https://teleqraf.com/news/13989#sthash.Df3tF5ro.CLIR1z4p.dpuf
OXŞAR XƏBƏRLƏR