Zeynəb Xanlarova Gültəkin Hacıbəyli ilə görüşündən danışdı: “Mən hamıyla görüşə bilərəm...”

Zeynəb Xanlarova Gültəkin Hacıbəyli ilə görüşündən danışdı: “Mən hamıyla görüşə bilərəm...”
SİYASƏT
18:53 19.12.2017
8226

Zeynəb Xanlarova: "Mənim bir millətim, bir dövlətim var".

 

Siyasət rusların "nə balıq, nə ət” misalını sevmir. Əgər balıqsansa suda, ətsənsə quruda olmalısan. Və sona kimi bu mövqeydə durmalısan. Səbəb nə olursa olsun. Bax o zaman Tetçer kimi dünya sənə də "Dəmir ledi” ismini verər.

Ötən gün xəbəri yayılan xalq atisti Zeynəb Xanlarova ilə keçmiş həmkarı Milli Şuranın üzvü Gültəkin Hacıbəyli görüşünə belə bir giriş yaraşardı. Düzdür, bu hadisə ölkə ictimaiyyəti üçün müğənnilərin "qarderoblar”ından daha maraqsız görünsə də, əslində çox önəmli hadisədir. Səbəbi isə lakonikdir. Axı Heydər Əliyevin siyasi kursunun layiqli təmsilçisi olduğunu hər zaman dilə gətirən xalq artistinin, vaxtıykən İlham Əliyevin seçki kampaniyasında gözə girmək üçün çıxışlara yalvar-yaxarla yazılan, deputat seçilməyəndən sonra isə ilk dayanacağı Əli Kərimlinin yanında olan Gültəkin Hacıbəyli ilə görüşü nəyə və kimə lazım idi? Təbii ki, bir-birinə zidd iki siyasi baxışı olan xanımın görüşü iki buz parçasının eyni anda toqquşmasına və bu toqquşmadan yaranan sel fəlakətini xatırlatdı.

Xalq artistinə bu görüşlə bağlı veriləcək çoxlu suallar var idi. Ünvanladıq, o da öz növbəsində cavabları ilə bütün bu məsələlərə aydınlıq gətirdi.

"Mən hamıyla görüşə bilərəm. Mən xalqın sənətkarıyam. Hər kəs məni sevir, sayğı duyur. Mənim bir dövlətim, bir millətim var. O qızı (red: Gültəkin Hacıbəyli) mən tələbə vaxtından tanıyıram. Hər zaman mənimlə gəlib salamlaşıb, görüşüb. Münasibətimiz olub vaxtı ilə. Mən hazırda parlamentdə təmsil olunmayan keçmiş millət vəkilləri ilə də görüşürəm. Gültəkinin mövqeyinə gəldikdə isə, bunun mənə aidiyyatı yoxdur. Bu onun öz mövqeyidir, mənimsə mövqeyim hər kəsə bəllidir. Uzaq tarix deyil. Vaxtıykən bəziləri Heydər Əliyevi xəstəxanada ziyarətə getməyə qorxanda mən ulu öndəri ziyarət üçün Moskvaya getmişdim. Mən bu günə kimi ulu öndərin siyasi kursunu davam etdirmişəm. Bu gün də ölkə başçısı İlham Əliyevi dəstəkləyirəm".


Bəs vaxtıykən İlham Əliyevi dəstəklədiyini bütün tribunalardan bar-bar bağıran, deputat seçilməyəndən sonra İlham Əliyevin ən radikal "tənqidçisinə” çevrilən siyasi oyunbazlıqları ilə hər kəsin tanıdığı Gültəkin Hacıbəyli ilə görüş Zeynəb xanıma nə qazandırdı? Bu suala xalq artisti yenidən öz tərzində cavab verdi. O, hər kəslə görüşə biləcəyi gerçəkliyini bir daha dilə gətirdi:

"Mənim siyasi görüşüm bəllidir. Sona kimi Heydər Əliyev kursunu dəstəkləmişəm, buna davam da edəcəm. Gültəkin Hacıbəyli ilə sadəcə salamlaşmışam. Yazıldığı kimi geniş müzakirəmiz olmayıb. Onu mən çoxdan tanıyıram”.

Zeynəb xanımın cavabları qarşısında yalnız bir məqam qaranlıq qaldı. Tələbə vaxtından tanıdığı, gözünün önündə böyüdüyünü deyən Gültəkin Hacıbəyliyə tutduğu mövqeyi ilə bağlı bir böyük kimi öz iradını bildiribmi? 

"Mənə öz mövqeyim maraqlıdır. Hamının öz siyasi görüşü ola bilər. Bu münasibət Gültəkin Hacıbəylinin münasibətidir, Zeynəb Xanlarovanın deyil”.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elmira Şabanova ilə vida mərasimi keçirilir
11:21 26.11.2026
Elmira Şabanova ilə vida mərasimi keçirilir
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
11:17 26.11.2026
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
11:10 26.11.2026
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
10:57 26.11.2026
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
10:43 26.11.2026
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
10:42 26.11.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
10:39 26.11.2026
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
Bu ərazilərə qar yağdı
10:35 26.11.2026
Bu ərazilərə qar yağdı
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
10:21 26.11.2026
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
09:40 26.11.2026
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
09:35 26.11.2026
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
09:28 26.11.2026
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
09:14 26.11.2026
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
08:56 26.11.2026
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:34 26.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
08:20 26.11.2026
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək