Zeynəb Xanlarovanın oğlu Yasamalın başçısı olmaq istəyir - İDDİA

Zeynəb Xanlarovanın oğlu Yasamalın başçısı olmaq istəyir - İDDİA
SOSİAL
13:20 29.08.2017
1678
Yasamal Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev xeyli vaxtdır vəzifəsindən azad edilsə də, onun kreslosu boş qalmaqda davam edir.
 
Son vaxtlar mətbuatda xeyli şəxsin adı icra başçısı olmağa namizəd kimi hallanır. Namizəd siyahısına metropolitenin keçmiş rəisi Tağı Əhmədovun, Mingəçevir şəhər icra hakimiyyəti başçısı Niyazı Bayramovun ( gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu ) daxildir.
 
AZXEBER.COM xəbər verir ki, NUH.az-a daxil olan məlumata görə, Yasamal rayonunun icra icra başçısı olmağa namizədlər siyahısına son günlər məşhur sənətkar Zeynab Xanlarovanın oğlu Ramin Babayevin də adı əlavə olunub.
 
Məlumat üçün bildirək ki, Ramin Babayev 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, 2010-cu ildə BDU-nun Hüquqşünaslıq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb.
 
2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib. 2012-ci il 14 noyabr tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
 
Onu da qeyd edək ki, bu rayon uğrunda "savaş" davam edir və başçı olacaq şəxs böyük riskin altına girmiş olacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY