Zığ şosesində qəza: yaralanan var

Zığ şosesində qəza: yaralanan var
SOSİAL
10:00 19.08.2017
1000

Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Suraxanı rayonu Zığ şosesində "Lada" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

 
 

Əməliyyat saat 05:49-da başa çatıb.

OXŞAR XƏBƏRLƏR