Zığ şosesində yük maşını aşdı: Yol bağlandı

Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
SOSİAL
23:21 30.09.2026
179
Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Zığ şosesindən 8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində yük avtomobillərindən biri yolun hərəkət hissəsinə aşıb. Bu səbəbdən 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülür. Aşan avtomobilin yoldan götürülməsi və nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində işlər aparılır.
OXŞAR XƏBƏRLƏR