Zirəddin Rzayev: 2012-ci ildə məşhur adamlardan ikisi dünyasını dəyişəcək".

Zirəddin Rzayev: 2012-ci ildə məşhur adamlardan ikisi dünyasını dəyişəcək".
MARAQLI
13:16 29.12.2011
3015
AZXEBER.COM-un məlumatına görə, məşhur ekstrasens Zirəddin Rzayevin Yeni il qabağı 2012-ci illə bağlı AnsPressə eksklüziv müsahibə verib:-2012-ci il Azərbaycan və dünyada nə ilə yadda qalacaq?
-2012-ci illə bağlı proqnozlarıma hər yerdə rast gəlmək mümkündür. Bu ilin xaraketri barədə deyə bilərəm ki, bu il o qədər də xoşməramlı il deyil. Son zamanlar “2012-ci il dünyanın sonudur. Bu ildə qiyamət günü olacaq”, kimi iddialar səsləndirilir, əslinə qalsa, mən həmişə bu kimi iddiaların əleyhinəyəm. Konkret onu deyə bilərəm ki, 2012-ci il aqressiv ildir, o qədər də sakit il deyil.Bundan başqa, təbiət öz şıltaqlığı ilə insanları qorxudacaq. Çoxlu müharibələr, münaqişələr olacaq. Mən deyərdim ki, 2012-ci il qanlı ildir.Amma Azərbaycan üçün proqnoz vermək istəmirəm. Çünki, birini deyəndə beşini yalan verirlər.-2012-ci ildə Dağlıq Qarabağ münaqişəsi həll olunacaqmı?
-Verdiyiniz suala cavab olaraq …nöqtə qoymaq istərdim.-Məlum olduğu kimi “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək. Bu müsabiqənin qalibi kim olacaq?
-Düzünü desəm, bu il yarışmada qalib xaç ölkələri olacaq. Rusiya ehtimalı isə daha böyükdür.-2011-ci ildə verdiyiniz proqnozlarda dünyada bir sıra ölklərdə zəlzələ olacağını, Yerin ürək kimi çırpınacağını demişdiniz, bəs, 2012-ci ildə necə olacaq?
-Ötən il verdiyim müsahibələrimdə həm 2011, həm də 2012-ci ilə olan proqnozları vermişdim. 2011-2012-ci illərdə Cənubi Amerikada kəskin təbii dəyişikliklər baş verəcək.Təbiət öz şıltaqlıqları ilə insanları qorxudacaq. Yer ürək kimi çırpınacaq. 2011-2012-ci illərdə Argentina, Çili, Kolumbiya, Venesuela və Braziliya təbii fəlakətlərdən sığortalanmayıb. Şimali Amerikanın cənubunda qasırğa hökmranlıq edəcək. Həmçinin, Şimali Amerikanın cənubunda qırmızı işıq görürəm. Hətta bu görüntüləri özüm də izah edə bilmirəm. Fransada, Monqolustanda, Pakistanda, Türkiyədə ümumi sakitliyin, ictimai asayişin pozulduğunu görürəm. Yerli hakimiyyət narahatlıq içərisində yaşayacaq. Yaponiyada zəlzələlər görürəm. Xüsusilə şərq hissəsində. 2012-ci ildə ABŞ və Türkiyə terrorla mübarizəni gücləndirməli və çox ehtiyatlı olmalıdırlar. Çox ehtimal var ki, 2012-ci ildə Hindistanda təyyarə qəzası olacaq. Bu il Sakit Okean sakitləşməyəcək. Okeanın cənubunda tufan və daşqınlar gözlənilir.ABŞ-da tanınmış siyasi xadimin səhhətində poblem yaşanacaq. O, həyatla ölüm arasında qalacaq.Bundan başqa, ABŞ-da iki dəfə naməlum uçan obyekt görünəcək, Rusiyada isə hərbi sahədə böyük irəliləyiş görünür."2012-ci ili Rusiya üçün hərbçilər ili kimi görürəm. Həmçinin, İranda da gələn il ictimai sakitlik pozulacaq. İranın paytaxtında partlayış görürəm.2012-ci il ümumiyyətlə, türk xalqları, eləcə də Türkiyə üçün o qədər il xoş deyil. 2012-ci ilin xoş tərəfi haqda konkret olaraq onu deyə bilərəm ki, bu il texnika, kosmos ilidir. Kosmosdan da baxırlar, çox ciddi gedişlər gedir.-Mədəniyyət sahəsində hansı yeniliklər və ya üzücü xəbərlər olacağını görürsünüz?
-Mədəniyyət xadimləri arasında konkret deyə bilmərəm, amma mən insult və ya ürək xəstəliyi görürəm. Siyasi xadimlərin də problemi olacaq. 2012-ci ildə məşhur adamlardan ikisi dünyasını dəyişəcək.Demək istəyirəm ki, Yer kürəsi kosmosdan çox acınacaqlı görünür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
20:12 03.07.2025
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
20:08 03.07.2025
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
Sezenin yeni çıxan albomu dünya sıralamasında
19:59 03.07.2025
Sezenin yeni çıxan albomu dünya sıralamasında
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
19:42 03.07.2025
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
19:34 03.07.2025
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
19:24 03.07.2025
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
19:09 03.07.2025
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
17:31 03.07.2025
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub