“Zirə”nin haqqını kim yeyir? - Rəşad Sadıqovdan AÇIQLAMA + VİDEO

“Zirə”nin haqqını kim yeyir? - Rəşad Sadıqovdan AÇIQLAMA + VİDEO
İDMAN
13:23 30.01.2024
439
"Hakim səhvlərinə artıq alışmışıq. Heç nəyə təəccüblənmirəm”.

Bu sözləri "Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda "Sabah”a 0:1 hesabı ilə məğlub olduqları oyuna münasibət bildirərkən deyib.

Onun bu matçda, eləcə də digər oyunlarda hakimlərin qərarları ilə bağlı fikirləri son günlər ən çox müzakirə olunan mövzulardandır.

Çalışdırıcının narazılığına səbəb olan epizodlardan biri "Sabah”la görüşün 1-ci hissəsində baş verib. Belə ki, "Zirə”nin futbolçusu Eldar Quliyevin qolu VAR-ın müdaxiləsindən sonra ləğv edilib. Qapıya paralel gedən topda Eldar Quliyevin oyundan kənar vəziyyətdə olmadığı görünsə də, hakimlər burada da şübhəli qərar qəbul edib.

Bundan başqa, Rəşad Sadıqov oyunun sonlarında komandasının künc zərbəsi yerinə yetirməsinə icazə verilməməsindən də gileylənib. Mütəxəssis bu cür halların "Zirə”nin qarşılaşmalarında daimi hal aldığını bildirib.

Maraqlıdır ki, qalmaqallı epizodun davamında "Sabah” futbolçuları əks-hücum təşkil edərək penalti qazanıblar. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Sofian Çakla isə qonaqlara yekunda 1:0 hesablı qalibiyyət gətirib.

Qəribə hakim qərarlarından biri 19-cu turda "Səbail”lə görüşdə də qeydə alınıb. 78-ci dəqiqədə qartalların üzvü Rüstəm Əhmədzadə rəqibin cərimə meydançasında yerdə qalsa da, VAR-a baxan baş hakim Fərid Hacıyev "Səbail”in kapitanı Adil Nağıyevə nə sarı vərəqə göstərib, nə də 11 metrlik nöqtəyə işarə edib.
Bu tipli hadisələr 18-ci turun mərkəzi oyunu olan "Qarabağ” - "Zirə” görüşündə də diqqəti cəlb edib. 26-cı dəqiqədə köhlən atların üzvü Julio Romao və İsmayıl İbrahimli arasında mübarizədə braziliyalı futbolçunun kobud oyunu referi tərəfindən sarı vərəqə ilə qiymətləndirilib. Elə həmin görüşün 75-ci dəqiqəsində isə Elvin Cəfərquliyevin sərt müdaxiləsindən sonra Məqsəd İsayev yerdə qalsa da, baş hakim Cavid Cəlilov Ağdam təmsilçisinin oyunçusunu bağışlayaraq ona 2-ci sarı vərəqə göstərməyib.

41 yaşlı çalışdırıcı Premyer Liqanın digər turlarında da "Zirə”yə qarşı qərəzli qərarların qəbul olunduğunu və bunun komandadaxili ab-havaya mənfi təsir etdiyini bildirib.

"Zirə” komandasının görüşlərində hakim qərarlarının ön plana çıxdığı epizodlardan biri də 5-ci turda "Qəbələ” ilə oyunda qeydə alınıb. Qarşılaşmanın 79-cu dəqiqəsində əyalət təmsilçisinin qapısı yaxınlığında yaranan qol vəziyyətindən sonra "Zirə” futbolçuları penalti tələb etsələr də, referi Cavid Cəlilov VAR hakimləri ilə məsləhətləşmələrdən sonra oyunu davam etdirib.

Elə bu oyundan sonrakı turda "Sumqayıt”la qarşılaşmada da qartalları qəzəbləndirən hal yaşanıb. Matçın 10-cu dəqiqəsində top uğrunda mübarizədə Pyer Zeblinin müdaxiləsini sərt kobudluq kimi qiymətləndirən Kamranbəy Rəhimov kotdivuarlı futbolçuya birbaşa qırmızı vərəqə göstərib. Bununla belə, çətin vəziyyətdə olmalarına baxmayaraq, Rəşad Sadıqovun yetirmələri ruhdan düşməyərək bu oyunda 1:0 hesablı qələbə qazanıblar.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
12:13 24.11.2026
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
12:07 24.11.2026
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
12:05 24.11.2026
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
11:45 24.11.2026
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
11:42 24.11.2026
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
11:37 24.11.2026
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
11:17 24.11.2026
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
10:57 24.11.2026
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
10:52 24.11.2026
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
10:49 24.11.2026
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
Bahar Muradovadan erkən evliliklə bağlı XƏBƏRDARLIQ
10:45 24.11.2026
Bahar Muradovadan erkən evliliklə bağlı XƏBƏRDARLIQ
BDU 9 fakültə üzrə dekan axtarır
10:41 24.11.2026
BDU 9 fakültə üzrə dekan axtarır
Bahar Muradova: Qadınların ictimai-siyasi təmsilçiliyində müsbət dinamika var
10:34 24.11.2026
Bahar Muradova: Qadınların ictimai-siyasi təmsilçiliyində müsbət dinamika var
"Qız tələbələrə xüsusi təqaüd veriləcək" – Komitə sədri
10:30 24.11.2026
"Qız tələbələrə xüsusi təqaüd veriləcək" – Komitə sədri
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi
10:28 24.11.2026
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi
“Azərlotereya”dan iki yeni “Poz-Qazan” oyunu: Böyük uduş imkanları!
10:25 24.11.2026
“Azərlotereya”dan iki yeni “Poz-Qazan” oyunu: Böyük uduş imkanları!