Ziya Bünyadov prospektində təmir işləri davam etdiriləcək

Ziya Bünyadov prospektində təmir işləri davam etdiriləcək
SOSİAL
21:38 19.04.2025
325
Aprelin 20-də Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində ("Koroğlu” metro stansiyası istiqamətində "Çermet” körpüsündən tünelin girişinə qədər olan hissədə) təmir işləri aparılacaq.

Bu barədə AZXEBER.COM AAYDA-ya istinadən xəbər verir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR