Ziya Məmmədov Qubada: 'Mən icra başçısının adından sizdən üzr istəyirəm'
Bütün Xəbərlər
14:30 01.03.2012
3390
Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun yandırılan evinin qarşısında etiraz aksiyası davam edir. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədov, Qubadan seçilən millət vəkili Vahid Əhmədov aksiya iştirakçılarının qarşısında çıxış ediblər. Z. Məmmədov həmişə qubalılara, onların problemlərinə diqqətlə yanaşıldığını deyib: “Ev yandırmaqla problemi həll etmək olmaz. Mən icra başçısının adından sizdən üzr istəyirəm. Bütün problemlər həllini tapacaq. Bu cür təxribatlara uymaq lazım deyil”. V. Əhmədov isə bütün saxlanılanların azad ediləcəyini bildirib