Nəqliyyat naziri Ziya Məmmədov Bakıda şəxsi avtomobili ilə taksi xidməti göstərən sürücüləri nəvbəti dəfə hədələyib. AZXEBER.COM-un məlumatına görə, jurnalistlərə açıqlamasında nazir bildirib ki, hazırda Bakıda 10 mindən çox avtomobil qanunsuz olaraq taksi kimi fəaliyyət göstərir. Z.Məmmədov deyib ki, həmin avtomobillərin yığışdırılmasına başlanılıb və onların hamısını son maşınadək təmizləyəcəklər. Nazirn fikrincə, bu cür pərakəndə və özbaşına xidmət Bakının imicinə xarici qonaqların yanında zərər vurur.