Vətəndaşların müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə nəqliyyat naziri Ziya Məmmədov martın 17-də İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.
Nəqliyyat Nazirliyindənverilən xəbərə görə, qəbula Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında yaşayan vətəndaşlar yazıla bilərlər.
Vətəndaşların qeydiyyatı martın 14-də saat 9-dan 18-dək İsmayıllıda 10 saylı Yol İstismarı İdarəsində (İsmayıllı şəhəri, Ərəstun Mahmudov küçəsi, 2), Qobustanda 8 saylı Yol İstismarı İdarəsində (Qobustan rayonu, Xilmilli yolu), Şamaxıda 9 saylı Yol İstismarı İdarəsində (Şamaxı rayonu, Sabir qəsəbəsi, Pirsaat çay hövzəsi, 115-ci km) və Ağsuda 12 saylı Yol İstismarı İdarəsində (Ağsu rayonu, Meliorasiya qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 4) aparılacaq.