Ziya Məmmədovun oğlu qəzetləri üzr istəməyə məcbur etdi
Bütün Xəbərlər
15:40 02.08.2012
3124
Yasamal rayon məhkəməsi Olaylar İnformasiya Agentliyi “ZQAN Holding” şirkətlər qrupunun iddiasını təmin edib.AZXEBER.COM xəbər verir ki, təmin olunan iddiaya əsasən, agentlik “ZQAN Holding” şirkətlər qrupunun Direktorlar Şurasının sədri “Təkzib” başlığı altında Anar Məmmədovdan üzr istəyib.Bundan başqa “Bizim Yol” qəzeti də şirkətlər qrupunun tələbinə əsasən 19.06.2012-ci il tarixdə “Təkzib” başlığı altında üzr istəyərək müvafiq məlumat dərc etmişdir.Qeyd edək ki, Olaylar İnformasiya agentliyi “Ziya Məmmədovun oğlu Yevlax Avtovagzalını zəbt edib” məqaləsinə, “Bizim Yol” qəzeti isə “Anar Məmmədov səhmdarları ölümlə hədələyir” və “Yevlax Avvtovağzal” ASC-nin rəhbəri əmlakının əlindən alındığını və tar-mar edildiyini bildirir” yazılarına görə Anar Məmmədovdan üzr istəyiblər.