Ziya Məmmədovun qardaşı yeni qatarların şərəfinə şampan sındırdı – FOTOLAR

Ziya Məmmədovun qardaşı yeni qatarların şərəfinə şampan sındırdı – FOTOLAR
Bütün Xəbərlər
18:38 30.03.2015
5830
“Uralvaqonzavod” Azərbaycanın sifariş etdiyi vaqonların ilk hissəsini göndərir.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün müqavilənin detallarını danışmaq üçün “Azərbaycan Dəmir Yoları”nın nümayəndələri şirkətin baş direktoru Oleq Sienko ilə görüşüblər.
Görüş bu yaxınlarda “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi müxtəlif model yük vaqonlarının alış-satışı ilə bağlı imzalanana müqavilənin reallaşdırılması çərçivəsində baş tutub. Artıq sifariş olunan vaqonların ilk hissəsi iki həftə sonra Azərbaycana göndəriləcək.
Azərbaycan nümayəndə heyəti yeni vaqonlarla tanış olub, həmçinin Oleq Sienko və millət vəkili Elton Məmmədov (nəqliyyat naziri Ziya Məmmədovun qardaşı-red.) göndərilməsi nəzərdə tutulan vaqonların biri üzərində şampan şüşəsi sındırıblar.
OXŞAR XƏBƏRLƏR