9 mart tarixində Astoria Baku hotelin də, "Gənclərin Maarifləndirilməsinə Kömək" və "Yeni Nəsil" GİD İctimai Birliklərinin təşkilatçılığı ilə gənclərlə ziyalıların qarşılıqlı fikir mübadiləsinə həsr olunmuş konfrans keçirilib.
AZXEBER.COM-un çəlumatına görə, görüşdə gənc fəallarla yanaşı Millət Vəkili Fazil Mustafa və digər tanınmış ziyalılar iştirak edib.Görüşün məqsədi “Gənclərin Avropaya inteqrasiyası və Turizm” mövzusunda gənclərin fikirləri,təkliflərini dinləmək, gənclərə bu istiqamətdə müvafiq tövsiyyələr vermək, həmçinin, QHT-lər olaraq onlara nə kimi köməkliklər göstərilə biləcəyini müzakirə etməkdir. Görüş zamanı öncədən iştirakçılara bildirildiyi kimi “Ölkəmizdə turizmin inkişafı istiqamətində görüləcək işlər” və “Ölkə gənclərinin dünyaya inteqrasiyası” mövzularında geniş müzakirə aparılıb.
Tədbiri açıq elan edən "Gənclərin Maarifləndirilməsinə Kömək" İctimai Birliyinin sədri İlkin Abdiyev bildirdi ki, dünya ölkələrində olduğu kimi Azərbaycanda gənclərin fəaliyyət dairəsi genişlənir. Xüsusilə, prezidentimizin təşəbbüsü ilə qeyri-neft sektorunun inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu istiqamətdə görülən tədbirlərin sırasında turizmin inkişafına marağın artması və bura xarici və daxili investisiyanın artması bu sahənin yaxın illərdə inkişafın ən yüksək mərhələsinə qədəm qoymasına gətirib çıxaracağını bildirmişdir.
Millət vəkili Fazil Mustafa bildirdi ki, Avropaya inteqrasiya çərçivəsində görülən tədbirlərin səmərəli olması ilk növbədə özümüzdən asılıdır. Biz ilk növbədə, Avropa təcrübəsini diqqətlə öyrənib, lazımi qaydada tədbiqini həyata keçirməliyik. Əlbəttə ki, psixoloji faktorlar da mühüm rol oynayır. Biz yeni dəyişikliklərə psixoloji cəhətdən hazır olmalıyıq və ölkədə insanlar xüsusilə, gənclər arasında bu kimi tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
"Yeni Nəsil" GİD İctimai Birliyinin sədri Atatürk Kamallı gənclərə yeni layihələr barədə məlumat verdi və bu layihələrin keçirilməsinin əhəmiyyətini xüsusi vurğuladı.
Konfransın ikinci hissəsi gənclərin öz təkliflərin irəli sürməsi və qarşılıqlı müzakirələr şəklində keçdi. Çıxış edən gənclər belə konfransların keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirdilər.