Fransanın “Paris Sen-Jermen” klubunun hücumçusu Zlatan İbrahimoviç vətəni İsveçdə karyerası ərzində 8-ci dəfə “İlin futbolçusu” adına layiq görülüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb.Bosniya əsilli İsveç futbolçusu bu mükafata ilk dəfə 2005-ci ildə, İtaliyanın “Yuventus” klubunda çıxış etdiyi zaman layiq görülüb.O, Fransa çempionatının cari mövsümündə 12 oyununda iştirak edib və 8 qol vurub. İbrahimoviç hər il mövsümün ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top”un 23 iddiaçısı sırasına daxildir.Həmçinin İsveç futbolçusunun İngiltərə ilə yoldaşlıq oyununda vurduğu top 2013-cü ilin ən yaxşısı adına iddia edən 10 qol sırasındadır.Zlatan İbrahimoviç beş poçt markasında da əbədiləşdiriləcək. Krallığın Poçt İdarəsindən verilən məlumata görə, markalar 27 mart 2014-cü ildə buraxılacaq.