Zlatan İbrahimoviç Avropa çempionatında iştirak edə bilməyəcək

Zlatan İbrahimoviç Avropa çempionatında iştirak edə bilməyəcək
İDMAN
18:02 15.05.2021
651
İtaliyanın "Milan" futbol klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç travmaya görə Avropa çempionatında iştirak edə bilməyəcək.

Bu barədə İsveçin Futbol İttifaqının mətbuat xidməti bildirib.

İbrahimoviç İtaliya çempionatının XXXV turunun "Milan" və "Yuventus" komandaları arasında matçında (3:0) travma alıb.

"Bu gün Zlatan Yanne Anderssona (İsveç yığmadının baş məşqçisi - red.) bildirib ki, travmaya görə bu yay Avropa çempionatında iştirak edə bilməyəcək", - mətbuat xidmətinin açıqlamasında deyilir.

İbrahimoviç 2020-ci ildən "Milan”da çıxış edir, İtaliya çempionatının cari mövsümündə onun hesabında 19 matçda 15 qol var.
 
///Report
OXŞAR XƏBƏRLƏR