Özlərini polis kimi təqdim edib, yaşlı insanları aldatdılar

Özlərini polis kimi təqdim edib, yaşlı insanları aldatdılar
SOSİAL
15:38 12.03.2025
163
İstanbulun Silivri şəhərində yaşayan Zennure və Arif Öğün adlı cütlük telefon fırıldaqçılarının tələsinə düşüb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü polis kimi təqdim edən dəstəyə inanan cütlük 2,5 mərtəbəli villasını və 13 milyon lirəlik 3 torpaq sahəsini satıb. 
 
76 yaşlı Arif Öğünün telefonuna zəng edən şəxs özünü Silivri polis rəisi Əli Dəmirbaş kimi təqdim edib.

Fırıldaqçıların göstərişi ilə Öğün cütlüyü 2,5 mərtəbəli villasını və 13 milyon lirə dəyərində olan 3 torpaq sahəsini cəmi 7 milyon 250 min TL-yə satıb. Onlara 166 min avro nağd şəkildə verilib. Pulu aldıqdan sonra cütlüyün evlərinə özlərini polis işçisi kimi təqdim edən fırıldaqçılar gəlib. "Hakan Polis” və "Yusuf Akkuş” adlarından istifadə edən dəstə üzvləri pulların seriya nömrələrinin araşdırılması lazım olduğunu bildirərək, bütün pulları götürərək yoxa çıxıblar.
 
Aysel

OXŞAR XƏBƏRLƏR