********
22.12.2010
12:38
İşi araşdıran Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Valeh Nəbiyev açıqlamasında bildirdi ki, gecə qardaşlarla naməlum şəxslər arasında dava düşüb. Həmin şəxslər qardaşlara ağır bıçaq xəsarətləri yetirib. Hazırda onlar koma vəziyyətində olduğundan, hadisənin necə və kim tərəfindən törədilməsi məlum deyil.
Nəsini Rayon Prokurorluğundan əldə etdiyimiz məlumata görə, qardaşların xəsarətləri ağır olduğundan, cinayəti işini prokurorluq araşdıracaq.
Faktla bağlı CM-nin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Rayon Prokurorluğunun müstəntiqi Elnur Cəfərova həvalə edilib.
--------------
12:13
Bakının Nəsimi rayonunda iki qardaş qanına qəltan edilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, dekabrın 22-nə keçən gecə Zorge bağında 26 yaşlı Ümid Qurbanov və onun 29 yaşlı qardaşı Bəxtiyarölümcül bıçaqlanıb.
Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətləri ağırdır.
Qardaşların kim tərəfindən bıçaqlanması isə hələlik məlum deyil. Polis bu istiqamətdə axtarışlarını davam etdirir. Qanlı hadisənin təfərrüatları barədə məlumat verməyə çalışacağıq.
mənbə: milli.az