Zorla ərə verilən məktəbli: “Hər gecə ağlayırdım“ - VİDEO

Zorla ərə verilən məktəbli: “Hər gecə ağlayırdım“ - VİDEO
SOSİAL
12:40 02.10.2022
324
Bakıda 17 yaşlı məktəbli qızın zorla ərə verilməsinin qarşısı alınıb.
 
AZXEBER.COM xəbər verir ki, Bakıda anasının himayəsində yaşayan Gülnar (ad şərtidir - red.) 2 il nişanlı qalıb. Oktyabrın 8-də onun toyu olacaqmış. Gülnar erkən yaşda ailə qurmaq istəmədyini əvvəl anasına, sonra nişanlısına deyib. O, təhsilini davam etdirmək, ali təhsilli müəllimə olmaq istədiyini dilə gətirib. Nişanlısı buna qətiyyən imkan verməyəcəyini deyib, hətta Gülnarı təhdid edib.

Toy günü yaxınlaşdıqca nə edəcəyini, necə edəcəyəni düşünən Gülnar polisə zəng edərərk azyaşlı olduğunu və zorla ərə verilmək üzrə olduğunu bildirib. Anası ilə birgə ifadə verdikdən sonra nişanlısının təhdidlərindən qorxduğu üçün sığınacağa pənah gətirib. 3 gündür burada olduğunu, özünü güvəndə hiss etdiyini deyən Gülnarın bir arzusu var: yarıda qoyduğu orta məktəbi bitirib, ali təhsil almaq.

"Sığınacağa gələn yeniyetmə qızların arzuları bir-birinə bənzəyir",- deyən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, son bir həftədə erkən nikaha məcbur edilən qızların sayı dörd olub.

Gülnarın üz-üzə qaldığı fakta gəlincə, bununla bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Xəzər Xəbər"ə bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilib, həmçinin valideynlik məsuliyyəti izah olunub.

Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanır. Belə şəxslər Cinayət Məcəlləsinin "Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə" maddəsi üzrə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO