"Üzr istəməyəcəyik..." - ANS-dən laçınlılara cavab

Bütün Xəbərlər
13:17 03.06.2015
3686
ANS-in tanınmış jurnalisti Ləman Ələşrəfqızı Laçın sakinlərinin etirazlarına cavab verib.
Telejurnalist AzVision.az-a bildirib ki, hazırladığı süjetdə heç bir təhqir olmadığına görə, Laçınlılardan üzr istəməyəcək: “Efirə gedən süjetdə heç bir təhqir işlətməmişəm ki, üzr də istəyim. Orada kəndin 1927-ci ilə kimi olan adını demişəm. Əgər təhqir olsaydı, türklər demişkən yazardım ki, aptala oxşuyur. Amma mən orda kəndin adını-Abdalı çəkmişəm. O qədər savadsızdırlarsa, açsınlar axtarış verib kəndin adına baxsınlar”.
L.Ələşrəfqızı təhqir etdiyi halda sakinlərdən üzr istəməyə hazır olduğunu vurğulayıb.
“Təbii ki, təhqir etmiş olsaydım, üzr istəyərdim. O qədər də tərbiyəsiz deyiləm. Bir şey də maraqlıdır ki, niyə onlar yatıb, indi oyanırlar. Süjet efirə mayın 18-də gedib. Niyə onlar 13 gündən sonra hərəkətə keçiblər? Şəxsən mən o süjetdə təhqir görmürəm. Prezidentə də ünvanladıqları məktubda iki cümlə göstəriblər: “Laçın təslim üçün əllərini qaldırmışdı, vəziyyət belə idi. Rayon 1927-ci ilə qədər daşıdığı ada Abdala oxşuyurdu”. İndi desinlər ki, təhqir haradadır?”
Xatırladaq ki, Azərbaycanın işğal olunmuş Laçın rayonunun sakinləri ANS telekanalı ilə bağlı prezidentə müraciət ediblər. Onlar Laçın rayonunun hər il keçirilən işğal günləri ərəfəsində telekanalın hazırladığı verilişlərdə təhqir olunduğunu bildirilər.
Şikayətçilər bildirib ki, ANS-in 17 may 2015-ci il tarixli xəbərlər bülletenində efirə getmiş süjetlərə şərh verən telejurnalist Ləman Əşrəfqızı Laçın rayon sakinlərini növbəti dəfə alçaldıb, onları ləkələməyə çalışıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025