Üzü parçalanan uşağın atası: “Sulutəpədə sahibsiz itlərin sayı həddindən artıq çoxdur”

Üzü parçalanan uşağın atası: “Sulutəpədə sahibsiz itlərin sayı həddindən artıq çoxdur”
SOSİAL
12:59 22.04.2019
4376
"Hadisə zamanı uşağım şokda olub. O, hərəkətsiz qaldığından it uşağımı 3-4 metr sürüyüb”.

Bunu "Report”a açıqlamasında üzünü it parçalayan Hüseyn Məmişovun atası Qismət Məmişov deyib.

Hadisənin təfərrüatlarını danışan Q.Məmişov qeyd edib ki, evlərinin qarşısındakı küçədə oğlu qonşunun uşaqları ilə oynayarkən quduz it onu dişləyib: "Oğlum özü deyir ki, ata, oynadığım yerdə gəldi üzümdən yapışdı. Həmin anda uşağım şokda olub deyə hərəkətsiz qaldığından it uşağımı 3-4 metr sürüyüb. Ətrafda olan qonşular qışqırdıqdan sonra it uşağı buraxıb qaçıb. Həmin it də üç gündən sonra ölüb”.

Uşağın atası şikayət edir ki, Sulutəpə ərazisində sahibsiz itlərin sayı həddindən artıq çoxdur və bunun da qarşısını alan yoxdur.

"Uşağımın vəziyyəti kafidir. Həkimlər deyirlər ki, hələ 40 gün gözləmək lazımdır. Peyvəndləri vaxtında vurulur. Əsas mənə uşağımın sağalması lazımdır. İnanıram ki, üzü də zamanla düzələcək”.

Uşağın yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) həkimi Qənirə Əhmədova isə "Report"a deyib ki, 2015-ci il təvəllüdlü Hüseyn Məmişov KTM-ə sol yanaq və qulaq önü nahiyələrinin, sağ üz qapağının dişlənmiş, cırılmış yaraları diaqnozu ilə aprelin 16-da daxil olub.

Onun sözlərinə görə, hazırda uşağın vəziyyəti sabit və kafidir: "Toxuma çatışmazlığı var idi, yaraları kifayət qədər dərin və böyük idi. Əməliyyat olundu və üzündə problem qalmayacaq. Müalicəsi davam edir və palataya köçürülüb. Bütün peyvəndləri vurulub, sabaha da daha bir vaksin vurulacaq. Sxem üzrə bütün müalicə üsulları tətbiq edilir. Tikişləri sökülənə qədər xəstəxanada qalacaq”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb