Zümrüdün yeni iş yeri məlum oldu

MAQAZİN
18:09 18.09.2024
291

ARB telekanalı ilə yollarını ayıran Zümrüd Bədəlovanın yeni iş yeri məlum olub. 

AZXEBER.COM xəbər verir ki, o yeni mövsümdən ATV telekanalında çalışacaq.

Teleaparıcı sosial media hesabında məsələ ilə bağlı açıqlama yayıb: 

"ARB telekanalı ilə yollarımız ayrıldı. İllərdir səhər efiri ilə qarşınıza çıxdım. ARB və SOY şirkəti ilə birgə təqdim etdiyimiz "Xəbər-ətər” və maqazin layihəmiz "Sözbaz” çox uğurlu, baxımlı oldu. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Dostluğumuz əbədidir. Bu mövsüm ATV-dəyəm".

Zümrüd, həftəiçi hər gün canlı veriliş ilə efirdə olacağını bildirib:

"Həftə içi hər gün, çox mövzunu əhatə edən proqramla efirə hazırlaşırıq. Hamı bilir ki TV həyatına ATV-dən başlamışam. Geri dönməyin həyəcanını yaşayıram. İzləyicilər illər sonra məni fərqli saatda görəcəklər. Daimi tamaşaçılar, yeni heyət və mənim üçün xeyirli-uğurlu olsun”.

Aysel

OXŞAR XƏBƏRLƏR