Zümrüd Yağmur Baş Prokurorluğa çağırıldı

Zümrüd Yağmur Baş Prokurorluğa çağırıldı
SOSİAL
14:00 13.10.2021
456
Dünən sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını bildirən Sənay Yağmurun anası Baş Prokurorluğa dəvət olunub. S.Yağmur və anası Zümrüd Yağmur işi aparan Yasamal rayon prokuroru Elman Süleymanovun qanunsuz olaraq cinayət işinə xitam verdiyini bildirib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə S.Yağmurun anası Zümrüd Yağmur özü məlumat verib.

O bildirib ki, bir az əvvəl Baş Prokurorluqdan ona zəng edərək görüşə çağırıblar və onu Baş prokuror Kamran Əliyevin böyük köməkçisinin qəbul edəcəyini bildiriblər.

Qeyd edək ki, Baş prokurorun böyük köməkçisi Mahir Abbasovdur.
OXŞAR XƏBƏRLƏR