‘Özümü incitdiyim qədər kimsəni incitmədim!’ - 40 yaşını qeyd edən Anar Yusifoğlu

‘Özümü incitdiyim qədər kimsəni incitmədim!’ - 40 yaşını qeyd edən Anar Yusifoğlu
MEDIA
17:38 20.10.2014
1593

Bu gün tanınmış telejurnalist, İTV-nin keçmiş departament müdiri, bir neçə iri telelayihələrin rəhbəri Anar Yusifoğlunun 40 yaşı tamam olur. 

Belə bir gündə o, özülə bağlı facebookda maraqlı status yazıb. AZXEBER.COM həmin statusu təqdim edir:  "20 oktyabrı gətirən gecələrdən ilk olaraq hansına hesabat verdiyimi xatırlamıram. Hər halda, özümü tanımağa cəhd etdiyim yeniyetməlik dövrünə qədər uzanıb gedən illərin o tayında olmalıdır.

Deyəsən, gecələrlə ilk ünsiyyətim də o vaxtdan başladı. Ürəyimdəkiləri ona dedim, üzümü ona tutdum… Aradan bu qədər illər keçdi, bir dəfə də olsun, məni ələ vermədi; həmişə qatı qaranlığa bürüdü etiraflarımı, canına çəkdi. Artıq adətkərdədir, indi də qulaqlarını şəkləyib lal-dinməz, heç bir irad demədən etiraflarımı dinləyir: Yaman dəymədüşərəm, çox tez inciyirəm, havadan nəm çəkirəm.

Ancaq küslülüyümün ömrü üç gündür: hər şeyi gecəyə danışıb, ürəyimi boşaldıram, oluram azad – unuduram küsünü, heç nə olmamış kimi, «üç gün əvvəldən» başlayıb, yola davam edirəm.

Dostlar, «Sən lap uşaqsan ki» — deyib, gülürlər mənə.

Həqiqəti deyirlər, çünki mən heç böyümədim, həmişəlik uşaq qaldım – içimdə bir uşaq cığallığı, uşaq sərgüzəşti daşıyıram: yenə gecələrdən möcüzə gözləyirəm, yenə xəyallar qururam, yenə sözümün canını gecənin qaranlığına yazıram…

Amma boy-buxunum əməlli-başlı böyüyüb, yamanca kökəlmişəm: bu köklük, böyüklük içimdə daşıdıqlarımla (elə yaşımla da) tərsmütənasibdir. Özümlə bacara bilmirəm. Hər günüm dietadır — səhərdən axşama qədər; axşam dieta pozulur — düz gecəyə qədər və gecə bir də sabahkı dieta ilə bağlı vədələşirəm özümlə.

Yox, prinsiplərimi pozan deyiləm (deyəsən, özümü müdafiəm işə düşdü), prinsipiallığım da var, sözü üzə deməyim də. Bəzən qarşımdakı haqqında rəyimi açıq şəkildə dilə gətirdiyimə görə mənə uşaq… demirlər, «qırmızı adamsan»deyirlər. Xırdaçı olmağımdan özüm də bezirəm; hansısa məqamda dərinə getməyim səhəri dirigözlü açmağım deməkdir. Sanki cəza çəkirəm: üzülürəm, özümə əsəbiləşirəm… Günün, ayın, ömrün ən xırda, heç kimə heç nə verməyən anı yaddaşımın hansısa qatında ilişib, bəzən illərdən sonra oyanır, şirin yuxularıma haram qatır.

Domino – asudə vaxtımın canını alan məşğələmdir. İşdən-gücdən fürsət edəndə, istirahəti domino ilə edirəm. Uduzdumsa, vay «rəqiblərin» halına, bircə gülüşləri «üç günlük küsümün» əsasını qoyur; uddumsa, yenə vay «rəqiblərimin» halına – güldükcə gülür, dostları əməllicə söz oyununa qonaq edir, rəqiblərimin bir-birində səhv axtarmasına «şərait» yaradır, sonra buna da gülürəm… Mənim kimi cığal oyunçu heç vaxt ağlınıza gəlməz… ))) Hə, bir də yaman kövrəyəm. Bəzən bir mahnının sözündən, bəzən bir filmin təsirindən bahar leysanına dönür gözlərim.

Yəqin ona görə gözümdə və ürəyimdə həmişə ağırlıq hiss edirəm: bu ağırlığın səbəbi gözümdə və ürəyimdə SƏNİ gəzdirməyim olmasın gərək… Ətrafımı incitməkdən qorxa-qorxa ətrafımı incitdiyimin fərqindəyəm. Amma bir şeydən əminəm, özümü incitdiyim qədər kimsəni incitmədim! …Hə, bu gecəylə də beləcə danışdıq; inanıram ki, kimsəyə deməz etiraflarımı. Sabah… yox, bu gün artıq 20 oktyabrdır, daha bir ilin kürəyini yerə vurdum. Bu illərdə itirdiklərim o qədərdir ki… Ancaq qazandıqlarım da var.  Sabah… yox, artıq bu gün səhərdən qazandıqlarımın zənglərini, təbriklərini qəbul edirəm. Bilmirəm, bu təbriklərdən sevinim, yoxsa Sona bir il də yaxınlaşdığıma görə kədərlənim…”

AZXEBER.COM olaraq dəyərli həmkarımızın yubiley yaşını təbrik edirik, uğurlar arzulayırıq. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib