"Özümüzü yaxşı aparsaq, meymunçiçəyi Azərbaycana gəlməz" - Deputat

SOSİAL
13:45 24.05.2022
986
"İnsanların başı qarışıb xəstəliklə mübarizəyə, ac-susuz oturur evində, dünyanı dağıdırlar”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas dünyada yayılan meymunçiçəyi xəstəliyinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, hər dəfə fikirləşib yeni xəstəlik tapırlar:

"Fikirləşirlər, təzə bir xəstəlik tapırlar. Pandemiya hələ qurtarmayıb, Şimali Koreyada, Çində təzədən başlayıb. İndi də bunu yayırlar. İnsanların başı qarışır xəstəliklə mübarizəyə, ac-susuz oturur evində. Dünyanı dağıdırlar. Hələ onun peyvəndi varmı, yoxmu, heç bilən yoxdur”.

Aqil Abbas qeyd edib ki, özümüzü yaxşı aparsaq, bu xəstəlik bizim ölkəyə gəlməz:

"Meymunçiçəyi hələ ki, Azərbaycana gəlib çıxmayıb, Allaha şükür. İndi bir az özümüzü yaxşı aparsaq, heç gəlməyəcək. Onların xoşuna gələn formada yaxşı aparsaq, gəlməyəcək”.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR