12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO

12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
SOSİAL
23:53 25.07.2026
361
Şəmkirdə bıçaq xəsarəti alan 12 yaşlı qız xəstəxanada ölüb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. Kənd sakini 2014-cü il təvəllüdlü Əsna Namazova ağır vəziyyətdə Şəmkir Rayon  mərkəzi xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma zamanı məlum olub 12 yaşlı Əsna Namazovanı bacısı 16 yaşlı Səma Rəhimova aralarında baş verən mübahisə zamanı bıçaqlayaq qətlə yetirib.

Şəmkir rayon polis şöbəsinin  əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı Səma  Rəhimova saxlanılıb.Mərhumun babası hadisənin şokunda olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR