'Özünə bax'ın qalibinə Bakıda mənzil veriləcək - Anons

MEDİA
16:25 10.09.2013
2139
Teleməkanın ən baxımlı zövq yarışması olan "Özünə bax" yeni mövsümdən davam edəcək.
AZXEBER.COM xəbər verir ki, bir-birindən zövqlü xanımların yarışması olan "Özünə bax-2" müsabiqəsində tamaşacıları bir çox yeniliklər gözləyir.
Zövqlü xanımların müsabiqəsinin qalibi bu dəfə avtomobillə deyil, Bakı şəhərində yerləşən mənzillə mükafatlandırılacaq.
Xatırladaq ki, "Özünə bax 2" sentyabrın 16-dan etibarən ən baxımlı kanalın efirindən canlı olaraq yayımlanacaq.
Özünə və zövqünə güvənən xanımlar müsabiqədə iştirak etmək üçün Atv.az saytında və qeydiyyatdan keçə bilərler
OXŞAR XƏBƏRLƏR