Özünü 17-ci mərtəbədən atan tələbənin sevgi məktubu tapıldı - TƏFƏRRÜAT

Özünü 17-ci mərtəbədən atan tələbənin sevgi məktubu tapıldı - TƏFƏRRÜAT
Bütün Xəbərlər
12:58 07.06.2013
5466

Tələbə sürəkli həyatından şikayət edirmiş

Bakıda özünü 17-ci mərtəbədən atan tələbənin sevgi fotosu üzə çıxdı Bakının Binəqədi rayonu ərazisində çılğın sevgi faciə gətirdi. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, tələbə oğlan sevdiyi qıza olan məhəbbətini özünü ona fəda etməklə sübut edib. Rayon ərazisində 21 yaşlı Mirnemət Kazımov özünü kirayə yaşadığı binanın 17-ci mərtəbəsindən atıb. Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kursunda təhsil alan M.Kazımovun ölümündən əvvəl sevdiyi qıza yazdığı məktub da istintaqçıların əlinə keçib. Onun özünü atdığı eyvanda gənc bir qızın fotosu tapılıb. Fotonun arxasında “Hər şey sənə görədir. Məni yaşamağa qoymadın” məzmunlu sözlər yazılıb. Görünür, məktubu mərhum tələbə yazıb və sonradan özünü aşağı atıb. Ona görə də gənc tələbənin özünü öldürməsinə sevgisinin səbəb olduğu ehtimal olunur. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. Cəlilabad rayonundan olan M.Kazımov seyiddi. ***10.08 Bu gecə Bakının Binəqədi rayonunda tələbə özünü öldürüb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 21 yaşlı Mirnemət Mirtağı oğlu Kazımov özünü Sulutəpə qəsəbəsində kirayə qaldığı binanın 17-ci mərtəbəsindən atıb. Mirnemət Kazımov İdman Akademiyasının 4-cü kurs tələbəsidir. Verilən məlumata görə, tələbə sürəkli həyatından şikayət edirmiş. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR