Bakıda özünü binadan atan qadının kimliyi məlum olub.
Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Nobel prospekti 9 ünvanında yerləşən yaşayış binasının damından özünü ataraq intihar edən qadının Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Mətanət Məmməd qızı Abbasova olması müəyyənləşib. Qadının intihar etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


