Xəbər verdiyimiz kimi, 16 dekabr tarixində Bakı bulvarında intihar hadisəsi olub. 17 yaşlı Göygöl sakini Sənan Abbasov dostlarının yanında özünü dənizə atıb. Mərhum 11-ci sinifdə təhsil alırmış.AZXEBER.COM-un məlumatına görə, Sənan son statusunda intihar edəcəyi ilə bağlı status yazıb. Status “Ölümə gedirəm gələn var” olub. Maraqlıdır ki, statusa şərh yazanlar da ölümə hazır olduqlarını bldiriblər. Belə ki, mərhumun dostlarından biri “mən gəlirəm” cavabını verib, Sənan isə “Gəl Allaha and olsun mən gəlirəm, gəlirsən gəl” cavabını verib. Qız isə cavabında “buralarda ol” deyib. Bu şərhdən sonra 17 yaşlı gənc son şərhini yazıb və “sağ olun mən getdim” deyib. Bu Sənanın həyatda və “facebook”da son sözləri olub.
AZXEBER.COM mərhumun fotosunu təqdim edir. Allah rəhmət eləsin