BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edilib

Özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edilib
SOSİAL
09:47 24.01.2020
2787
Sabirabad rayonunda özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, "Kanal13”ün "Yutub” sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim edən Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə video paylaşılıb.

Bildirilib ki, hələ ötən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs DİN-ə müraciət ediblər. Dərhal məsələ araşdırılıb və təsdiqini tapıb: "Odur ki, 25.11.2019-cu il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin (CM) 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Bundan 2 gün sonra Baba Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fürsətdən istifadə edərək Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad Rayon Polis Şöbəsinə müraciət edə bilərlər".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:14 29.03.2020

Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”

15:12 29.03.2020

Abşeronda təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırıldı - FOTOLAR

15:09 29.03.2020

“RAHAT” supermarketlər şəbəkəsinin əməkdaşları pozitiv əhval-ruhiyyə yaradırlar - VİDEO

14:56 29.03.2020

İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb

14:43 29.03.2020

Səhiyyə Nazirliyi tibbi maskalarla bağlı əhaliyə müraciət etdi

14:38 29.03.2020

Jurnalist təşkilatı koronavirusla mübarizə tədbirlərinə qoşulur

14:34 29.03.2020

KOBİA əl dezinfeksiyaedici vasitə istehsalına dəstək verdi

14:19 29.03.2020

Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı

13:50 29.03.2020

Koronavirus ilə mübarizədə Azəriqaz da yaşlı insanlara dəstək olacaq

13:32 29.03.2020

Bərbərxana və gözəllik salonu da bağlanmalıdır? – Rəsmi

13:31 29.03.2020

Şəmkirdə karantin rejiminə mobil qruplar nəzarət edəcək - Fotolar

13:11 29.03.2020

Rusiyada koronavirusa görə internet pulsuz oldu - QƏRAR

13:01 29.03.2020

ABŞ-da körpə koronavirusdan öldü

12:24 29.03.2020

DYP: Bu gündən Bakıda sürücülər cərimələnəcək

12:09 29.03.2020

Qusarda oğul anasını qətlə yetirib

11:56 29.03.2020

I siniflərə qəbul üzrə Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi