Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb
Bakıda intihara cəhd edən keçmiş prokurorluq işçisi hələ 2007-ci ildən prokurorluq orqanlarından xaric edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusunu cavablandırarkən bildirib ki, Fəxrəddin Məmmədov Oğuz rayon Prokurorluğunda müstəntiq vəzifəsində işləyərkən işdə yol verdiyi kobud qanun pozuntularına görə 2 avqust 2007-ci il tarixdə prokurorluq orqanlarından xaric edilib.
Qeyd edək ki, F.Məmmədov üstünə yanacaq tökərək özünü yandırmaq istəyib. Lakin hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.