Bu il Bakıda 10 məşhur lektor və bestseller müəllifləri özünüinkişafla bağlı
ödənişsiz təlimlər keçirəcək.
AZXEBER.COM xəbər verir ki, 2019-cu ilin mart ayından dekabr ayına kimi "Yarat" Müasir İncəsənət məkanı özünüinkişafla bağlı
ödənişsiz əlavə təhsil imkanları üçün "İnsan: özünü dərk et” proqramını təşkil edir.
Bu proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, yaşından və
təhsilindən asılı olmayaraq, hamıya çağdaş insan üçün vacib bacarıqlara yiyələnmək üçün
praktik biliklər verməyə kömək edə bilər.
Yarat Müasir İncəsənət Məkanının təsisçisi Aida
Mahmudovanın sözlərinə görə "Nəzərdə tutulan təlim və mühazirələrin əsas mahiyyəti şüurdur.
Məlumdur ki, bu bacarığın inkişafı nəticəsində insan Özü özünə qoyduğu məhdudiyyətlərdən
azad olub özünü inkişaf etdirərək həyatını kökündən dəyişə bilər. Əminəm ki, şüurun inkişafı
istiqamətində atılmış hər hansı bir addım bizə daha yaxşı insani keyfiyyətlər qazanmağa və
ətraf mühitlə harmoniyada olmağa yardım edəcək.
Proqramın mövzusu çoxşaxəli özünüinkişafla bağlı 4 əsas kateqoriyanı ehtiva edir:
1. Mən indi və burda: zehni bacarıqlar
2. Mənim gələcəkdə olmaq istədiyim obraz və bu istiqamətdə etdiyim cəhdlər:
planlamaq və arzulara çatmaq bacarıqları
3. Əmin-amanlıq və xoşbəxtlik: bunlara elmi baxış
4. Ətrafla qarşılıqlı münasibət: empati, minnətdarlıq və bağışlama bacarıqları
"Çağdaş dünyamız o qədər sürətlə dəyişir və inkişaf edir ki, insanın psixi və daxili tarazlığını
qoruyub saxlamaq bacarıqlarını inkişaf etdirmək günbəgün aktuallaşır. Bu bacarıqları inkişaf
etdirmək üçün heç də hamı əlavə təhsil almaq imkanına malik deyil. Odur ki, bu proqram
boşluğu doldurmağa eektiv kömək edir”, - deyə proqramın direktoru Arstarulsmirus qeyd edir.
Proqrama dünyanın müxtəlif ölkələrindən fərdi inkişaf sahəsində qabaqcıl mütəxəssis və
bestseller müəlliflər dəvət olunublar.
Mart ayından etibarən və 2019-cu il boyu proqramda
ABŞ, Almaniya, Rusiya, Belorus, İsveç və İrlandiyadan olan 10 müəllim və alim iştirak
edəcəklər. Onların hər biri aşağıdakı sahələrin və bacarıqların inkişafı üçün tədris kursunu
təqdim edəcəklər:
• Diqqətin yönləndirilməsi
• Emosional özünütənzimləmə
• Özünüidarə qabiliyyəti
• Stress müqavimətliliyi
• Eektiv istirahət
• Pozitiv psixologiya
Məşğələlərdə insanın daxili dünyasının xüsusiyyətləri, onun vərdişləri və meyilləri, beynin
neyroplastikliyi və psixoemosional vəziyyətlərin idarə olunma metodlarına baxılacaq.
Təlimçilərin gəlmə imkanlarını nəzərə alaraq, proqram ardıcıl olaraq davamlı keçirilməyəcək,
təlimləri tək-tək seçərək iştirak edə bilərsiniz.
Təlim proqramına əsasən məşğələlər bu formatda keçiriləcək:
Giriş dərsləri – ümumi, tanışlıq məlumatı ( 2 saat).
Təlimlər – daha yüksək səviyyə, vərdişlərin transformasiyası (6 saatdan 3 günə qədər).
Proqramı məşhur Amerika professoru və müəllimi Barbara Oukli açacaq və ilk tədbiri
o aparacaq.
O, özünün məşhur "Öyrənməyi necə öyrənməliyik” kursunu keçəcək.
Siz bu təlimlə qarşınıza qoyduğunuz hədəfə necə yönəlməyi, yaddaşınızı inkişaf etdirərək yeni
və çətin materialları asanlıqla yadda saxlamağı öyrəncəksiniz.
Bu təlim sizin öyrənmək prosesinə baxışınızı tamamilə dəyişə bilər.
Layihənin giriş mühazirəsi martın 7-də, təlimlər isə 2019-cu il martın 8-də və 9-da başlayacaq.