Özünüzün smaylikini belə yarada bilərsiniz

MARAQLI
13:49 11.05.2022
554
Bütün dünyanın istifadə etməsi üçün öz smaylikinizi yarada bilərsiniz.
 
AZXEBER.COM xəbər verir ki, smayliklər üçün səlahiyyətli olan "Unicode Consortium”u istifadəçilərə rəsmi olaraq öz yaratdıqları emojilərdən istifadə etmək şansı təqdim edir.
 
Mesaj yazarkən hisslərinizi ifadə etmək üçün ehtiyacınız olan smaylik tapa bilmirsiniz?
 
Smayliklər çox olsa da, bəzən istədiyimiz ifadəni tam olaraq tapa bilmirik.
 
Ancaq Unicode Konsorsiumu tərəfindən açılan yeni tətbiqlərlə bu vəziyyəti dəyişə bilərsiniz. Emojilər üçün səlahiyyətli qeyri-kommersiya şirkəti olan "Unicode Consortium” istifadəçilərə öz emojilərindən rəsmi istifadə etmək şansı təqdim edir.
 
Müraciət etmək üçün sizə lazım olanları təqdim edirik: Emoji dizayn etmək istəyirsinizsə, əvvəlcə mövcud emojilərə nəzər salmaq lazımdır. Bu yolla siz artıq qəbul edilmiş emoji ideyalarını, eləcə də hələ də fəaliyyətdə olan emojiləri yoxlaya bilərsiniz. Həmçinin, təşkilatın səhifələrində hansı emojilərin qəbul edilib-edilmədiyini izləmək lazımdır. Bu səhifələri yoxlayaraq "Unicode Consortium”unun emojiləri necə axtardığı barədə fikir əldə edə bilərsiniz.
 
Unicode Consortirumunda ərizənizi necə doldurmaq və təqdim etmək də daxil olmaqla son dərəcə ətraflı təqdimetmə təlimatları var. Formadakı təlimatları tamamilə doldurmağa çalışın. Əks halda, müraciətiniz qəbul olunmaya bilər.
 
Qeyd edək ki, müraciət üçün son tarix 31 iyul 2022-ci ildir.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR