‘Özyegin Universitet’i daha bir yeniliyə imza atdı

GƏNCLİK
23:52 20.06.2012
2263

“Özyeğin Universiteti”nin təsisçisi Hüsnü Özyeğin Fransada dünyanın tanıdığı aşbazlıq məktəbi olan 'Le Cordon Bleu'nun Özyeğin Universiteti şöbəsini açacağını söyləyib.

AZXEBER.COM-un “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, aşçılıqda 'cəngavər ordeni' ləqəbi ilə tanınan 'Le Cordon Bleu'nun 21 ölkədə təmsilçiləri olduğunu söyləyən rektor, ilk dəfə Özyeginin bu cür təşəbbüslə çıxış etdiyini söylədiyini vurğulayıb: "Le Cordon Bleu Türkiyədə bir müddətdir məktəb açmaq istəyirdi. Biz də universitetin “Turizm və Otelçilik” fakültəsi vasitəsiylə təmasa keçdik. Bir ildən çox bir müddətdir danışıqlarımız davam edir. Artıq razılaşma əldə edilib. Eyni anda burada 20 tələbə təhsil ala biləcək”.

Qeyd edək ki, Türkiyənin ən əhəmiyyətli məsələsinin təhsil olduğunu vurğulayan Hüsnü Özyeğin universitetin iş məsələsini tamamilə həll etdiyini söyləyib: “"Çin, Hindistan və Cənubi Koreya kimi iqtisadiyyatı inkişaf etmiş ölkələrə baxdıqda hamısının təhsil mövzusundan bizdən çox daha irəlidə olduqlarını görürük. Türkiyədə təhsil müddəti orta hesabla 6,5 ildir. Bizim ölkədə isə, son 10 ildə hər il orta hesabla 10 universitet açılıb. Yeganə universitet bizim universitetdirki öz tələbələrini tələbəlik illərində işlə təmin edir”.

OXŞAR XƏBƏRLƏR