Unibank daha çevik idaretmə modelinə keçib

Unibank daha çevik idaretmə modelinə keçib
İQTİSADİYYAT
15:06 01.03.2021
527
Bank sektorunda sürətli yeniliklərə və bazardakı müsbət dəyişikliklərə hər zaman ilk adekvat cavab verən banklardan olan Unibank, korporativ idarəçiliyində yenilik edib.
 
AZXEBER.COM xəbər verir ki, yeni idarəçilik modelinə əsasən, qərarların daha operativ verilməsi üçün bankda İcraedici Komitə yaradılıb. Komitənin rəhbəri İdarə Heyəti sədrinin birinci müavini İqor Okayev, müavini isə İdarə Heyəti sədrinin müavini Fərid Abuşovdur.

Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov "Unibank”ın yeni strateji planına uyğun olaraq, yaxın illərdə bank komandasının qarşısında böyük planlar durduğunu qeyd edib: "Biz əminik ki, "Unibank”ın güclü top-menecmenti bu planların öhdəsindən layiqincə gələcək. Yeni struktur, qarşıya çıxan məsələləri daha çevik və operativ həll etməyə, sürətli dəyişikliklər və innovasiyaları dəstəkləyərək, bütün menecerləri strateji xarakterli məsələlərin həllinə cəlb etməyə imkan verəcək. Bankın bütün səviyyələrində işləyən mütəxəssislərın inkişafına daha çox imkanların yaradılmasına xidmət edən bu idarəetmə modeli, qərarların kollegial qaydada verilməsini təmin edəcək”.

Unibank KB-nin İcraçı Direktoru İqor Okayev bankın dördüncü onilliyə daha güclənmiş komanda ilə daxil olması və bazarda öz mövqeyini daha da gücləndirməsi istiqamətində işlərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirib: "Sürətlə yenilənən texnologiya və müştərilərin bu texnologiyaya artan tələbləri, bu sahədə bank sektorunda olan yüksək rəqabət qərarların daha çevik verilməsini zəruri edir. İnanıram ki, bizim yeni struktur daha çevik, kollegial və düzgün qərarlar verməklə, Bankın qarşısında duran hədəflərə çatmasına nail olacaq.”.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank-hər kəsin bankı!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb
18:57 14.07.2026
Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
18:46 14.07.2026
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
18:31 14.07.2026
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
18:15 14.07.2026
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
18:11 14.07.2026
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
17:55 14.07.2026
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
17:50 14.07.2026
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
17:36 14.07.2026
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
17:22 14.07.2026
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
17:16 14.07.2026
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
17:07 14.07.2026
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
17:01 14.07.2026
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
16:45 14.07.2026
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
16:44 14.07.2026
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
16:21 14.07.2026
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
16:06 14.07.2026
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir