Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
SOSİAL
16:44 14.07.2026
500
İnsan ömrünün təxminən üçdə biri, yəni orta hesabla 25 ili yuxuda keçir. Bu, orqanizmin yenilənməsi, beynin dincəlməsi və sağlamlığın qorunması üçün vacib bioloji ehtiyacdır. Lakin yuxu hər zaman faydalı olmur. Xüsusilə hərəkətdə olan avtomobilin sükanı arxasında baş verirsə.
Bəli, söhbət avtomobil qəzalarına səbəb olan bir neçə saniyəlik yuxudan gedir.

AZXEBER.COM xəbər verir ki, elmi ədəbiyyatda qısa müddətli qeyri-iradi yuxuya getmə halı "mikroyuxu" (microsleep) adlanır.

Mikroyuxu yol-nəqliyyat hadisələrinin, istehsalat qəzalarının və digər təhlükəli vəziyyətlərin əsas səbəblərindən biri hesab olunur. Yuxu çatışmazlığı zamanı beyin qısa müddətlik "sönmə" mərhələsinə keçir və insan əksər hallarda bunun fərqinə belə varmır.

Cəmi bir neçə saniyə davam edən mikroyuxu bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də sürücülərin və günahsız insanların həyatına son qoyan yol qəzalarının əsas səbəblərindən birinə çevrilib.

Məsələn, 2014-cü ildə ABŞ-ın Nyu-Cersi ştatında Walmart şirkətinə məxsus yük maşınının sürücüsü 28 saatdan çox oyaq qaldıqdan sonra sükan arxasında yuxulayıb və qarşıdakı avtomobillərlə toqquşub. Qəza nəticəsində komediya ustası Ceyms MakNeyr həlak olub, aktyor Treysi Morqan isə ağır xəsarətlər alıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın əsas səbəbi kimi sürücünün həddindən artıq yorğun olmasını göstərib.

Digər hadisə 2019-cu ildə Hindistanın Uttar Pradeş ştatında yerləşən Yamuna Expressway magistralında baş verib. Avtobus sürücüsünün sükan arxasında yuxulaması nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq kanala aşıb. Hadisə nəticəsində 29 nəfər ölüb, 27 nəfər yaralanıb. Bu faciədən sonra ölkədə sürücülərin iş və istirahət rejimi yenidən geniş müzakirə olunmağa başlanıb.

2021-ci ildə isə ABŞ-ın Arizona ştatında yorğun yük maşını sürücüsünün tıxacda dayanmış avtomobillərə çırpılması nəticəsində 4 nəfər həyatını itirib, 11 nəfər yaralanıb. Aparılan istintaq sürücünün kifayət qədər istirahət etmədiyini müəyyən edib.

Böyük Britaniyada isə sükan arxasında yuxulama nəticəsində baş verən çoxsaylı ölümcül qəzalar hökuməti "Tiredness Kills" ("Yorğunluq öldürür") kampaniyasına başlamağa vadar edib. Kampaniya sürücüləri yorğun halda sükan arxasına əyləşməməyə çağırır və bu gün də ölkənin yol təhlükəsizliyi siyasətinin əsas elementlərindən biri hesab olunur.
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dənizə getmək istəyənlərin nəzərinə!
10:08 12.09.2026
Dənizə getmək istəyənlərin nəzərinə!
Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
10:06 12.09.2026
Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama