Unibankın törəmə şirkəti AYİB-dən 5,8 milyon dollarlıq istiqraz alır

Unibankın törəmə şirkəti AYİB-dən 5,8 milyon dollarlıq istiqraz alır
İQTİSADİYYAT
11:02 14.02.2020
8177
Nizamnamə kapitalı 100%-lik "Unibank” KB ASC-yə məxsus olan "Unicapital” İnvestisiya Şirkəti, investorlara dollar valyutasında yeni sərmayə imkanı yaradır. İnvestisiya Şirkətinin səhmdarı, AZ2011002022 dövlət qeydiyyat nömrəli istiqrazların ("Unibank” KB ASC tərəfindən buraxılıb) "Unicapital” İnvestisiya Şirkəti tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankından alınması haqda 28 yanvar 2020-ci il tarixində qərar verib. "Unicapital”ın AYİB-dən alacağı 580 ədəd istiqrazın hər birinin nominal dəyəri 10.000 ABŞ dolları məbləğindədir. "Unicapital” İnvestisiya Şirkətinin səhmdarı bu qərar çərçivəsində 580 ədəd istiqrazın "Unicapital” tərəfindən satışına da razılıq verib.

AZXEBER.COM xəbər verir ki, "Unicapital” İnvestisiya Şirkətinin Müşahidə Şurasının müşaviri Tahir Qəribov bildirib ki, bu sövdələşmə Unibank maliyyə qrupunun Azərbaycan bazarında etibarlı emitentlər tərəfindən investisiya alətlərinin sayını artırmaq istəyi ilə bağlıdır: "Digər tərəfdən son vaxtlar Azərbaycanın kommersiya banklarında dollarda əmanət faizləri, habelə ABŞ dolları ilə olan investisiya alətlərinin məhdudluğu fiziki və hüquqi şəxslərin öz vəsaitlərini bu valyutada effektiv və etibarlı şəkildə yerləşdirmələrini çətinləşdirib. Öz strategiyasına əsasən Unibank, Azərbaycanın qiymətli kağızlar bazarında emitent və investor kimi fəal iştirak etməyi hədəfləyir. Hesab edirik ki, "Unicapital”ın qiymətli kağızlar bazarında fəallığını bir qədər də artırması, bazar iştirakçıları və investorlar üçün yeni imkanlar yaradacaq”.

"Unicapital” İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında mövqeyini günü-gündən artırmaqdadır. 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan şirkət, yerli və xarici bazarlarda investisiya və qiymətli kağızların buraxılması, habelə törəmə maliyyə alətləri ilə ticarət xidmətləri göstərir.

2019-cu ildən başlayaraq "Unicapital” İnvestisiya Şirkəti investisiya bazarında strategiyasını dəyişdirib. Əgər 2018-ci ilin sonuna qədər şirkətin məqsədi BFB-də broker əməliyyatları reytinqində ilk yerlərdə olmaq idisə, indi "Unicapital”ın hədəfi korporativ qiymətli kağızlar buraxılış sektorunu inkişaf etdirmək və qiymətli kağızlar vasitəsilə Azərbaycanın qeyri-neft sektorunun maliyyələşdirilməsini genişləndirməkdir.

"Unicapital” İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır