" Ölənə kimi Həccə gedəcəyəm..." - Şeyxin qudası

" Ölənə kimi Həccə gedəcəyəm..." - Şeyxin qudası
Bütün Xəbərlər
15:28 28.09.2015
1947
“Həccə getməyimdə başqa nə marağım ola bilər ki?”
Milli Məclisin deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə 27 dəfə Həccə getməsi ilə gündəmdədir.
AZXEBER.COM  AzVision.az-a istinadən xəbər verir ki, o, bu göstərici ilə Azərbaycanda barmaqla sayılası şəxslərdəndir.
Hacı Qalibin niyə hər il ziyarətə yollanması insanlarda haqlı olaraq maraq doğurur.
Hətta mətbuatda onunla bağlı yayılan ilginc məlumatlarda iddia edilir ki, Q.Salahzadə Məkkəyə sırf ziyarət üçün deyil, şəxsi işləri ilə əlaqədar gedir.
Haqqında gəzib-dolanan fikirlərlə bağlı açıqlama verən Q.Salahzadə əsl niyyətini açıqlayıb. Deputat bildirib ki, Həccə 27 dəfə getməsi onun arzusu ilə bağlıdır.
“Həccə getməyimdə başqa nə marağım ola bilər ki? Bu mənim arzumdur. Həmişə arzum olub ki, hər il ziyarətə gedim. Allah izn verməsə, heç kim Həcc ziyarətinə gedə bilməz. Kimə Allah nə qədər qismət edibsə, o qədər də Həccə gedəcək. Arzu etmişəm ki, hər il Həcc ziyarətinə gedim. Allah nə qədər ömür veribsə, o qədər də Həccə gedəcəyəm”.
OXŞAR XƏBƏRLƏR