​ Zəlzələ nəticəsində Oğuzda bir neçə evə ziyan dəyib- – FOTO

​ Zəlzələ nəticəsində Oğuzda bir neçə evə ziyan dəyib- – FOTO
Bütün Xəbərlər
12:59 04.09.2015
1049

Zəlzələ nəticəsində Oğuz rayonunun Astraxanovka kəndində bir neçə evə ziyan dəyib. 

AZXƏBƏR.COM xəbər verir ki, bu barədə "Report"a kənd sakini Sahib Adılov məlumat verib.

S.Adılov bildirib ki, ona məxsus birmərtəbəli, 3 otaqlı yaşayış evi zəlzələ təkanlarının təsiri ilə yararsız hala düşüb: "Evin divarları çatlayıb, evdə yaşamaq mümkünsüzdür. Evin hər an dağılma təhlükəsi olduğu üçün üç uşaqla çöldə qalmışıq".

O əlavə edib ki, evdə olan əşyalarda yararsız hala düşüb: "Bundan başqa, kənddə daha bir neçə nəfərin evinə ziyan dəyib".

OXŞAR XƏBƏRLƏR