‘07’ yolun kənarında dayanan iki qadını vurub

‘07’ yolun kənarında dayanan iki qadını vurub
Bütün Xəbərlər
00:16 01.09.2014
4180

Bu gün axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən  “VAZ 2107” markalı avtomaşın yolun kənarında dayanan iki qadını vurub. Qəza nəticəsində Xaçmaz rayonu, Qusarçay kənd sakinləri, 1953-cü il təvəllüdlü Piriyeva Güllü Qəzənfər qızı və 1956-cı il təvəllüdlü Qədirova Qızbəs Nurbala qızı ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

 Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR