1 saylı Sumqayıt Şəhər Xəstəxanası yenidən qurulacaq

1 saylı Sumqayıt Şəhər Xəstəxanası yenidən qurulacaq
Bütün Xəbərlər
08:58 20.04.2012
1482

Azərbaycan Prezidenti İlham Əliyev 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda qeyd olunur ki, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinə başlanılması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

OXŞAR XƏBƏRLƏR