10-cu sinif şagirdi özünü qoz ağacından asdı

10-cu sinif şagirdi özünü qoz ağacından asdı
Bütün Xəbərlər
10:55 11.06.2013
1235
Azərbaycanda orta məktəb şagirdi özünü öldürüb.Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Kənd sakini, 16 yaşlı İlqar Ələsgərov yaşadığı evin həyətindəki qoz ağacından özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.Prokurorluqdan həmçinin bildirilib ki, İ.Ələsgərov 10-cu sinif şagirdidir.
OXŞAR XƏBƏRLƏR