"10 manata götürdüm, 600 manata satdım" - Maşın oğrusu - VİDEO

"10 manata götürdüm, 600 manata satdım" - Maşın oğrusu -  VİDEO
KRİMİNAL
18:20 18.03.2016
3692
"Gördüm ki, "07"nin qapısı açıqdır"Maşın bazarından maşın oğurlayan şəxs saxlanıldı.Sumqayıt şəhəri ərazisində yerləşən avtomobil bazarından “VAZ 2107” markalı avtomobil qaçırılıb. Artıq cinayət törədən şəxs saxlanılıb.Sumqayıtda yerləşən avtomobil bazarında maşın satan vətəndaşlardan biri polisə müraciət edərək bazara satmağa gətirdiyi “VAZ 2107” markalı avtomobilinin yoxa çıxdığını bildirib. Oğurlanan avtomobil dərhal axtarışa verilib və Göyçay rayonu ərazisində aşkarlanıb. Polis əməkdaşları “VAZ 2107”-nin Göyçay rayonu Bəydövül kənd sakini 26 yaşlı Lətif Kərimov tərəfindən qaçırılmasını müəyyənləşdiriblər.Eyni əmələ görə, əvvəllər də məhkum olunan saxlanılan şəxsin sözlərinə inansaq, iki ay əvvəl həmin bazarda öz avtomobilini satıb. Avtomobilini satan zaman bazarın zəif mühafizə olunmasını müşahidə edib. Bundan sonra da oradan avtomobil qaçırmaq qərarına gəlib.Saxlanılan şəxs: "Gəldim maşın bazarına, bir az gəzdim. Gəzəndə gördüm ki, bir "07"nin qapısı açıqdır. Bazarın "axranasına" yaxınlaşıb soruşdum ki, 721 nömrəli maşının bazara borcu var? Dedi ki, 10 manat borcu var. 10 manatı verib, maşını götürüb çıxdım".Dayanacaq haqqını alan mühavizəçi sənəd yoxlamadan Lətif Kərimovun idarə etdiyi “VAZ 2107”-ni çölə buraxıb və yaşadığı Göyçaya aparıb.Saxlanılan şəxs: "Apardım tanış bir ustaya, 600 manata satdım. Ustaya dedim ki, maşının sənədləri yoxdur. O da soruşdu ki, problem olmaz? Dedim ki, problem olmayacaq".Lətif Kərimovdan oğurluq avtomobili alan maşın ustasına gəlincə, o sonradan əməlindən peşman olub. Çünki polis əməkdaşları ona “VAZ”-ın axtarışda olduğunu bildiriblər.Faktla əlaqədar cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
15:55 21.09.2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir
15:41 21.09.2026
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir
Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
15:32 21.09.2026
Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
15:27 21.09.2026
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
14:48 21.09.2026
"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
14:44 21.09.2026
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Səhiyyə Nazirliyindən Səyyad Arana - CAVAB
14:43 21.09.2026
Səhiyyə Nazirliyindən Səyyad Arana - CAVAB
“Dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinə məktub yazmışam”
14:38 21.09.2026
“Dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinə məktub yazmışam”
“Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər”
14:16 21.09.2026
“Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər”
“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir”
14:10 21.09.2026
“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir”
AİB nümayəndələri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi sahibkarlarla görüşdü
14:09 21.09.2026
AİB nümayəndələri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi sahibkarlarla görüşdü
Həsən Həsənov: “Ad çəkilir, amma konkret mənbə göstərilmir”
13:59 21.09.2026
Həsən Həsənov: “Ad çəkilir, amma konkret mənbə göstərilmir”
70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə
13:58 21.09.2026
70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə
“Bu səhv tariximizi alt-üst edib” – Həsən Həsənov
13:50 21.09.2026
“Bu səhv tariximizi alt-üst edib” – Həsən Həsənov
“Bir damla qan, min ümidə can” – 4 şəhərdə qanvermə aksiyası keçiriləcək
13:37 21.09.2026
“Bir damla qan, min ümidə can” – 4 şəhərdə qanvermə aksiyası keçiriləcək
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
13:23 21.09.2026
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi