"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"

"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
MEDIA
14:48 21.09.2026
98
"44 günlük müharibədə silah tutan döyüşçü idi, indi qələm tutan döyüşçüdür”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda tarix elmləri doktoru Həsən Həsənov deyib.

O bildirib ki, Qafqaz Albaniyasının tarixi irsi ilə bağlı həqiqətlərin geniş şəkildə yayılması informasiya mübarizəsində mühüm əhəmiyyət daşıyır.

Həsən Həsənov Ermənistanın Qafqaz Albaniyasının tarixi əraziləri ilə bağlı irəli sürdüyü yanaşmaları tənqid edib.

"Biz onları sındırmalıyıq. Bu, sadəcə kilsə söhbəti deyil. Ermənilərin konsepsiyası belədir ki, albanların ərazisi Kürün sağ sahilindən Qafqaz dağlarına qədərdir. Bu da o deməkdir ki, həmin ərazi albanların deyil, ermənilərindir. Bu, yanlış və yalan fikirdir.

Onların ən möhtəşəm tarixçisi Movses Xorenatsi deyir ki, albanların ərazisi şimalda Qafqaz sıra dağları, cənubda Araz çayları, şərqdə Xəzər dənizi, qərbdə isə müasir Yerevandan o yana qədər uzanır. Bunu özləri deyirlər. Amma biz deyirikmi? Xeyr. Niyə susuruq? Bu mübarizədə qələbə qazanmaq üçün bu həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin.

44 günlük müharibədə silah alan döyüşçü idi, indi informasiya müharibəsində qələm tutan döyüşçüdür. O da mediadır”, – deyə tarixçi bildirib.
 
Fəridə
OXŞAR XƏBƏRLƏR