“Utro” informasiya portalının 8 yaşı tamam olur

“Utro” informasiya portalının 8 yaşı tamam olur
MEDIA
10:40 06.11.2026
27
"Utro” informasiya portalının fəaliyyətə başlamasının 8 ili tamam olur.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə fəaliyyətə başlayan portal qısa müddətdə geniş rusdilli oxucu auditoriyası qazanıb. Ötən illər ərzində "Utro” Azərbaycanda və dünyada baş verən əsas hadisələri gündəlik olaraq işıqlandırıb.

Fəaliyyətə başladığı ilk gündən operativ xəbər platforması kimi tanınan portal siyasət, iqtisadiyyat, mədəniyyət, idman və beynəlxalq gündəmlə bağlı xəbərlər, eləcə də analitik materiallar dərc edir.

Qeyd edək ki, "Utro”nun oxucularına təqdim etdiyi nəşrlər sırasında jurnal da var. İlk nömrəsi 2023-cü ilin mayında işıq üzü görən "Utro” jurnalı da oxucular arasında maraq qazanıb.
 
Günel
OXŞAR XƏBƏRLƏR