10 qadın məktəbli oğlanı zorlayıb

Bütün Xəbərlər
14:10 22.11.2010
3201
Papua-Yeni Qvineyada 10 qadın 17 yaşlı kəndli oğlanı bıçaqla hədələyərək ona təcavüz ediblər.
Cənubi Dağlıq vilayətinin polis rəisi Teddi Teyin dediyinə görə, qadınlardan ibarət banda əyalət mərkəzi Mendinin yaxınlığında məktəbli oğlana hücum edib.
Yeniyetmə xəstəxanaya yerləşdirilib. Polis qadınların onu QİÇS-ə yoluxdurmalarından şübhələnir.
"Bu, çox ciddi məsələdi və polis o heyvanların kimliyini müəyyənləşdirməyə çalışır. Qadınların hamısı mətbəx bıçaqları ilə silahlanıblar. Oğlanı vəhşicəsinə zorlayan isə onların arasındakı 4 nəfər olub. Qadınları həmişə xəbərdar edirəm ki, axşamlar və gecələr küçələrdə ehtiatlı olsunlar. İndi deyəsən, kişiləri də xəbərdar etməli olacağıq",  - Tey deyib.

OXŞAR XƏBƏRLƏR