2026–2027-ci tədris ilində 10 Qazaxıstan vətəndaşı Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Azərbaycanda ali təhsil alacaq.
AZXEBER.COM xəbər verir ki, tələbələr Azərbaycan və Qazaxıstanın müvafiq nazirlikləri arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında saziş əsasında təhsil hüququ qazanıblar.
Onlar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, ADA Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil alacaqlar.
Tələbələrin seçdikləri ixtisaslar humanitar və sosial elmlər, iqtisadiyyat və idarəetmə, tibb, mədəniyyət və təhsil sahələrini əhatə edir.











































